Müğənni Röya Ayxan iki gün konsert verəcək.
Oxu.Az xəbər verir ki, ifaçı dekabr ayının 19-u və 20-də Heydər Əliyev Sarayında “Sənə ehtiyacım var” adlı konsert proqramı ilə çıxış edəcək.
Xatırladırıq ki, R.Ayxan ilin əvvəlində sarayın səhnəsində “Mənəm” adlı anşlaqla keçən solo konsert təqdim etmişdi.
Aytən Sadıqzadə