Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Röyadan kişi aparıcıya ismarış: Mənim haqqımda əsl kişi danışsın, “hinduşka”lar yox
Müğənni Röya Ayxanla ANS-in aparıcısı İsa Şükürov arasında qalmaqal yaranıb.
Oxu.Az xəbər verir ki, aparıcı Facebook səhifəsində ifaçı haqqında ““Tükənmə sindromu” buna deyirlər. Şakiranı 104 milyon insan izləyir. Və bu izləyicilərə görə yalnız təşəkkür statusu paylaşıb. O daha durub Madonnaya söz atmayıb ki, sənin heç 20 milyon izləyicin yoxdur. Bu cür ucuz və cılız statuslar elə Röyaya yaraşır” sözlərini yazıb.
Röya şəxsi İnstaqram hesabında aparıcının ona ünvanladığı sözlərə belə reaksiya verib:
“Dedilər ki, İsa Şükürov adında biri efirdə nəsə danışıb. Onu tanıyan varsa, deyin Röya dedi ki, ağıllı ol, sənin ağlını alaram. “Hinduşka”lara söz verilmir. Mənim haqqımda ya əsl kişi danışsın, ya da qadın. “Yarımadamcıq”lar sussun. Hamınızdan bunu sizlə bölüşdüyümə görə üzr istəyirəm. Xoşuna gəlməyən xoş getdi”.
Xatırladırıq ki, müğənni sosial şəbəkədə bir neçə gün əvvəl “Səmimi bir söz deyim: yaxşı ki, nə əməkdar, nə də xalq artistiyəm. Yoxsa, Facebook səhifəmdə heç 36 izləyicim olmazdı. Mənə belə də yaxşıdır. 363 min nəfər izləyicimi öpürəm” yazısını paylaşmışdı.
"Madonna" teqi üzrə xəbərlər
- Gözlənilməz dönüş: Madonna və Elton Con "müharibə baltasını basdırdılar"
- 66 yaşlı Madonna 28 yaşlı futbolçu sevgilisindən ayrıldı
- Keçmiş arvadı Maykl Ceksonun şəxsi həyatı haqqında açıqlamaları ilə dünyanı şoka saldı: "Bakir idi"
- Madonna altı uşağı ilə fotosunu paylaşdı
- Madonna oğlunun ad günü şərəfinə şəxsi kadrlarını paylaşıb