Müğənni Röya Ayxan və Xəyyam Nisanov duet şəklində ifa etdikləri “Sənə ehtiyacım var” adlı mahnıya çəkilmiş klipi bu gün təqdim ediblər.
Oxu.Az xəbər verir ki, mahnının sözləri və musiqisi aparıcı-bəstəkar Murad Arifə, aranjimanı isə Rəşad Bağırova məxsusdur. Klipi türkiyəli rejissor Mujdat Küpşi ərsəyə gətirib.
Qeyd edək ki, ekran işi Türkiyədə lentə alınıb.
Aytən Sadıqzadə