Bu il mayın 5-dən 21-ə qədər Bakıda təşkil olunacaq UEFA U-17 Avropa çempionatının səfiri, əməkdar artist Röya Ayxan məktəblilərlə görüş keçirib.

Oxu.Az xəbər verir ki, müğənni bu gün 55 və 202 saylı orta məktəblərin şagirdləri ilə görüşüb, onlara UEFA U-17 Avropa çempionatı haqda məlumat çatdırıb.

Sonda məktəblilərlə xeyli sayda şəkillər çəkdirən ifaçı onlara imzalı top hədiyyə edib.
Aytən Sadıqzadə
www.oxu.az