Oxu.Az ATVxəbər.az-a istinadla müğənni Röyanın müsahibəsini təqdim edir :
- Röya xanım necəsiz?
- Çox yaxşı. Təşəkkür edirəm.
- Türkiyədə işləriniz necədi?
- Türkiyədə, həm də ki, Bakıda işlərimi görürəm. Şükür hər şey yaxşı gedir. Cəmi 3 mahnımız qalmışdı oxumalı idim. Oxudum və sonra qulaq asdım ki, ikisini bəyənmirəm. Həmin iki mahnını təzədən oxudum, lentə aldırdım. Mart ayı üçün həm verilişim, həm də ki, İstanbulda olan yeni layihəm işıq üzü görməlidir.
- Yeni verilişiniz olan “Röya show” barədə bir az oxucularımızı məlumatlandırardınız.
- Mən neçə illərdir ki, bunu istəmişəm. Hər dəfə bir problem çıxırdı və bu istəyim müəyyən müddətlik təxirə salınırdı. Efirə tez-tez çıxmaq istəmirdim. Amma öz dostlarım idi deyə, imtina edə bilmirdim. Sonra yavaş-yavaş yox deməyi öyrəndim və buna alışdım. Amma indi anlayıram ki, həftədə bircə dəfə verilişim olsa hər kəsə xoş olar. Həm də mən mənfi enerjili qadın deyiləm. Düşünmürəm ki, ay mənim barədə nə deyərlər, nə danışarlar. İstəyirəm ki, qarşımdakının əhvalı xoş olsun. O mənim haqqımda nə düşünəcək bax məni maraqlandırmır.
- Ancaq belə deyirlər ki, Türkiyə şou-biznesinə qatılmağa dəyməz...
- Bilirsən Əfruzə, biz heç hara qatılmırıq. Sadəcə yerində saymaqdan tükənirsən. İstəyirsən nəsə yenilik edəsən, başqa yerlərdə də iş görəsən. Mənim Gülşənlə münasibətim var. Bu insan bir həftə İstanbulda ola bilmir. Adana, Ankara, İzmir gəzir... Hər biri də Türkiyənin içidir, heç də uzaq deyil. Bizdə cəmi Bakıdır. 20 illik azad ölkəyik. Biz başqa yerdə iş görürüksə bu qatılmaq deyil, sadəcə yerimdə saymıram. Mən ulduz oldum, ildə bir neçə konsert verdim, nə mahnı oxuyuram hit olur, ayda bir neçə verilişə çıxıram, bəs sonra nə edim? Mənim də axı içimdə enerjim var və onu necəsə çıxartmalıyam.
- Bəs siz həmin enerjini hansı səmtə yönəldirirsiniz?
- Mən həmin enerjini ya narkotikə, ya içkiyə ya da ki, yaxşı bir işə sərf etməliyəm. Mən üçüncünü seçmişəm və öz yolumdayam. Düşünürəm ki, incəsənətdə ən yaxşı işləri görən qızam. Allah məni o gündən qorusun ki, meylimi narkotikə, içkiyə salmayım.
- Sonerlə konsert olacaq. Nə var planda?
- Bəli. Soner azərbaycanlıdır, sevgi dolu bir insandı. Ayın 8-i konsertdir. Mən inanıram ki, o da, mən də qadınlara çox pozitiv enerji verəcəyik.
- Röya xanım bir az şəxsi həyatdan danışaq. Ola bilərmi ki, həyatınızda ikinci evlilik olsun?
- Düşünmürəm. Amma həyat mənə elə bir dərslər verdi ki, mən heç vaxt etm
- Niyə? “Zaman hər şeyi unutdurur”- deyirlər...
- Yox. Mənim ərim bir nəfər idi. Oldu və bitdi. Vəssalam. Ondan başqa heç kəsi istəmirəm.
- Birdən Anar bəyin həyatında ikinci evlilik olsa, nə hiss edərsiniz?
- Xoşbəxt olsun. O məndən qat-qat artıq adam idi. Mən ona layiq deyiləmmiş...
- Çoxsağolun, uğurlar.
- Siz çox sağ olun.