Azərbaycanın tanınmış müğənnisi Röya növbəti klipini təqdim edib.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, Nanə Ağamalıyevanın “Gün keçir” verilişində təqdim olunan klip sözləri Cavid Qurbanova, musiqisi isə Nailə Mirməmmədliyə aid olan “Mənəm” mahnısına çəkilib.
Klipin rejissoru K.Ulaş Elqindir.
Qeyd edək ki, bu Röyanın qonşu Türkiyədə çəkdirilən dördüncü klipidir.
Həmin klipi təqdim edirik.
www.oxu.az