Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov “Bank Standart”ı məhkəməyə verib.
Oxu.Az xəbər verir ki, iş adamı sosial şəbəkədə onun razılığı olmadan bank hesabından külli miqdarda pul çıxarıldığını yazıb:
“Mən Anar Cəlilov olaraq bildirmək istəyirəm ki, “Bank Standart” mənə və yaxın qohumlarıma məxsus bank hesablarından bizim razılığımız olmadan külli miqdarda (milyonlarla) pul vəsaitinin başqa şəxslərin hesabına köçürülməsi halları baş verib. Bizim razılığımız olmadan hesabımızdakı pullardan kimlərin istifadə etməsi və külli miqdarda pul vəsaitlərinin kimlərin hesabına köçürülməsi barədə məsələlərin aydınlaşdırılması üçün Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm.

Məhkəmənin qətnaməsi ilə bizim iddia tələblərimiz təmin edilmişdi. Lakin Bakı Apellyasiya Məhkəməsinin 02.03.2016-cı il tarixli qərarı ilə, Səbail rayon Məhkəməsinin qətnaməsi əsassız olaraq ləgv edilmişdir. Beləcə bankın bizə məxsus hesablarda olan pul vəsaitlərindən qanunsuz olaraq istifadə etməsi halları ört-basdır olunub”..