Müğənni Roza Zərgərli maraqlı açıqlama verib.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, ANS telekanalında yayımlanan “Bazar səhəri” verilişində iştirak edən sənətçi, ruhlarla təmasda olduğunu deyib:
“Mən ruhlarla təmasda olmuşam. Rəfiqəmlə yol gedirdik, maşının arxa oturacağında oğlanla qız gördüm. Başa düşdüm ki, ruhdular. Rəfiqəmə heç nə demədim, çünki ana olmağa hazırlaşırdı, onu qorxutmaq istəmədim. Sən demə, o da görübmüş. İkimiz də eyni insanları görürdük: qırmızı saçlı qız, sarışın oğlan.
Maşını aparıb məscidin həyətində saxladım. Ruhlar rəfiqəmin evinə gedib ona deyiblər ki, bu maşını sizə təzə deyə satıblar, amma təzə deyil. Biz bu avtomobildə qəza keçirib ölmüşük. Bircə arzumuz var - bizi basdırsınlar. Mollanın yanına getdim, adlarını bilməsəm də, ruhlarına fatihə oxutdum. Ondan sonra getdilər”.