Müğənni Roza Zərgərli yeni klipini yaxın zamanlarda təqdim edəcək.
Oxu.Az xəbər verir ki, R.Zərgərli özbək müğənni Ziyad İşanxocayevlə duet ifa edib. Yeni mahnı “Sən və mən” adlanır. Duet şəklində ifa olunan mahnıya klip də çəkilib.
Müğənni sosial şəbəkədə klipdəki kadrların bir hissəsini paylaşıb. Kadrlardan da göründüyü kimi klipdə 18+ səhnələr də yer alıb.
Qeyd edək ki, müğənni yaxın zaman ərzində klipi mediaya təqdim edəcək.
Aytən Sadıqzadə
www.oxu.az