Azərbaycanın tanınmış müğənnisi Roza Zərgərlidən xəbər var.
Oxu.Az-ın məlumatına görə, ifaçı söz və musiqisi Hatəm Nəbioğluna məxsus “İnan” adlı mahnını dinləyicilərin ixtiyarına verib.
Müğənni bir neçə saat öncə sosial şəbəkəyə yüklənilən sözügedən bəstəyə ekran həyatı verəcək.
Klip çəkilişlərinə yaxın günlərdə başlanacağı gözlənilir.