Rumıniyanın məşhur müğənnisi Aleksandra Stan Bakıda konsert verəcək.
Oxu.Az xəbər verir ki, ifaçı 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günündə “Stingray Club”da saat 21.00-da çıxış edəcək. Biletlərin qiyməti 20-60 AZN arasında dəyişir.
Qeyd edək ki, Aleksandra Stan 2009-cu ildə “Param Pam Pam” adı ilə daha çox tanınan “Lollipop” adlı sinql buraxıb. 2010-cu ildə “Mr. Saxboeat” sinqlını buraxan Aleksandranın tanınmasına da məhz bu sinql səbəb olub. Bir çox ölkələrdə, hətta Azərbaycanda da hitə çevrilən bu musiqi bir çox ölkələrin top-listlərində ön sıralarda yer alıb.
Aytən Sadıqzadə
www.oxu.az