“Viaqra” qrupunun solistlərindən olan Anastasiya Kojevnikova İnstagram hesabında “Eurovision 2016”da ölkəmizi təmsil edən Səmra Rəhimli haqqında paylaşım edib.
Oxu.Az xəbər verir ki, rusiyalı müğənni bunları qeyd edib:
“Sakitcə oturub “Eurovision”a baxırdım. Birdən Səmra qarşıma çıxdı. 4 il əvvəl onunla “X-Factor”da iştirak etmişdik. Birlikdə üçlük formasında mahnı səsləndirmişdik. Amma keçə bilmədik. Bilmirdim ki, o, öz ölkəsini bu il “Eurovision”da təmsil edir. Səmra, sən ağıllısan. Gözəl, sənə azarkeşlik edirəm”.
