Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli finala vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, həmyerlimiz “Miracle” mahnısı ilə finala vəsiqə qazanan ilk iştirakçı olub.
Azərbaycanla yanaşı müsabiqənin final mərhələsində Rusiya, Niderland, Macarıstan, Xorvatiya, Avstriya, Ermənistan, Çexiya, Kipr və Malta təmsilçiləri də iştirak edəcəklər.
00:15
İsveçin paytaxtı Stokholm şəhərində “Eurovision- 2016” Mahnı Müsabiqəsinin ilk yarımfinalı keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycanı gənc müğənni Səmra Rəhimli “Miracle” (“Möcüzə”) adlı mahnı ilə təmsil edib.
Həmyerlimiz səhnəyə 14-cü çıxıb. Səhnədə S.Rəhimli ilə bərabər, 4 rəqqas və bir bek-vokalçı da iştirak edib.
İlk yarımfinalda S.Rəhimlidən başqa, həmçinin Finlandiya, Yunanıstan, Moldova, Macarıstan, Xorvatiya, Hollandiya, Ermənistan, San Marino, Rusiya, Çexiya, Kipr, Avstriya, Estoniya, Çernoqoriya, İslandiya, Bosniya və Herseqovina və Malta təmsilçiləri çıxış edib.
Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanacaq.