Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiyanın məşhur aktyoru vaxtından əvvəl azadlığa buraxılacaq
Rusiyanın Belqorod vilayətinin Alekseyevsk Rayon Məhkəməsi aktyor Mixail Yefremovun cəzadan şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması barədə müraciəti təmin edib.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
2020-ci ildə Smolensk meydanında baş verən qəzada bir nəfərin ölümünə görə aktyor 7.5 il müddətinə azadlıqdan məhrum edib.
Aktyorun idarə etdiyi "Jeep Grand Cherokee" markalı avtomobil qarşı zolağa çıxaraq, "Lada" markalı avtomobillə toqquşub. Nəticədə "Lada"nın sürücüsü kəllə-beyin travması alaraq ölüb. Ekspertiza aktyorun sərxoş olduğunu müəyyən edib.
Əvvəlcə təyin edilmiş 8 illik cəza M.Yefremovun mənəvi ziyana görə ödədiyi kompensasiya nəzərə alınmaqla azaldılıb.