Yeni münsiflərlə yeni mövsümə başlayan “O Ses Türkiye” yarışmasında ən çox diqqət çəkən məşhur Ebru Gündeş olub.

Oxu.Az xəbər verir ki, Murat Boz, Hadise, Ebru Gündeş, Gökhan və Hakan qardaşlarının münsif kürsüsünə əyləşdiyi proqrama Ebru Gündeş damğasını vurub. Onun son halı izləyənlərdə “botoks etdirib?” sualını yaradıb. Üzü-gözü şişkin halda görünən Gündeşin bu vəziyyəti maraq mövzusuna çevrilib. Sosial şəbəkələrdəki şərhlərdə Ebru Gündeşin estetik əməliyyat və botoks etdirməsi səbəbi ilə bu hala gəldiyi iddia edilib. Göz altını dolduran ifaçı qaşlarının formasını da dəyişdirib. Saç və makiyaj stilində də dəyişiklik edən müğənni gəncləşmək istədiyi halda tanınmaz hala düşüb.



İştirakçılardan isə Özcan Demirin performansı tamaşaçılar və münsiflər tərəfindən bəyənilib. O, yarışmada “Ben Olmayınca” adlı mahnını səsləndirib.
Aytən Sadıqzadə
www.oxu.az