Baharın gəlməsinə hələ bir ay qalmasına baxmayaraq, məşhur müğənni Şakira artıq həyatına parlaq rənglər əlavə etmək qərarına gəlib. İllərdir imicinə sadiq qalan müğənni saçlarını parlaq çəhrayı rəngə boyayıb.
Bu barədə “Spletnik” xəbər yayıb.
Məlumata görə, 43 yaşlı ifaçı cəsarətli gözəllik təcrübəsinin nəticəsini “Instagram” səhifəsində yayımlayıb.
“Vualya!”, - deyə o, qısaca yazıb.
Pərəstişkarlarının əksəriyyəti ulduzun yeni imicini yüksək qiymətləndirərək, onun daha parlaq və gözəl göründüyünü bildiriblər.
“Çəhrayı saçlarla inanılmaz görünürsən”, “Fotoda fransız vaybı”, “Çox sevimli görünürsən”, - deyə onlar bildiriblər.
Посмотреть эту публикацию в Instagram"Şakira" teqi üzrə xəbərlər
- Şakira və Pike məhkəmədə görüşəcəklər
- 289 nəfərin öldüyü zəlzələdən sonra Şakiradan mühüm ADDIM
- İspaniya millisinin 2010 və 2026-cı il mundiallarındakı inanılmaz oxşarlıqları - Mistika, yoxsa təsadüf?
- Şakiranın geyimi DÇ-nin finalından sonra hərraca çıxarılacaq
- Yarımfinal sevincinə kölgə salan hadisə: Lamin Yamalın evinə hücum
Digər xəbərlər