Keçən istirahət günlərində aktrisa Salma Hayekin başına iş gəlib. Hollivud ulduzu təcili yardım maşını ilə çəkiliş meydançasından birbaşa xəstəxanaya çatdırılıb.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, aktirsanın pərəstişkarları onun üçün dua edərkən Salma Hayek özünə gəlib və hətta İnstaqramda vəziyyətinə dair paylaşım da edib.

“Mən kiçik baş travması ilə xəstəxanaya çatdırılmışam. Təəssüf ki, səhnə geyimim xəstəxanaya heç uyğun deyildi. Həkim Fosterə və Ellspermana qayğıma qaldıqları üçün təşəkkür edirəm. Narahat olmayın aldığım travma məni əvvəlkindən dəlisov etməyə qadir deyil”,-deyə Salma öz səhifəsində yazıb.

Hayekin fanatları aktrisanın xəstəxanaya çatdırıldığı qısaqol köynəyə fikir verməyə bilməzdilər. Köynəyin üzərində çılpaq qadın təsviri var idi. Deyəsən Salmanın çəkiliş meydanından xəstəxanaya çatdırıldığı “Sərxoş valideynlər” filmi yetərincə gülməli olacaq.
