Stilist Samiraldo şou-biznesin ən zövqlü simalarından danışıb.
Oxu.Az Axşam.az-a istinadla xəbər verir ki, o, “Şoubiz” verilişinə açıqlamasında geyimini bəyəndiyi sənətçilərin adını açıqlayıb:
“Son vaxtlar Elnarə Abdullayeva, Xatirə İslamın geyimlərini bəyənirəm. Səhnəmizin ən zövqlü simaları arasında Aygün Kazımova və Rəqsanənin adını çəkə bilərəm. Zövqsüzlər isə çoxdur. İsimlərini söyləmək istəmirəm. Mən bu yaxınlarda ailə quracağam. İstəmirəm ki, neqativ enerjiləri mənə gəlsin. Onların ahını üstümə götürə bilmərəm”.