Azərbaycanlı stilist Samiraldo cinsi azlıq olmadığını deyir.
Oxu.Az xəbər verir ki, əsl adı Samir olan stilist ANS PRESS-ə açıqlamasında, “Samiraldo” təxəllüsünün oriyentasiyası ilə heç bir əlaqəsi olmadığını bildirib:
“Mən heç vaxt, heç yerdə deməmişəm ki, mən geyəm. Gey adını mənə yapışdırmaq üçün heç kimin əlində sübut, fakt ola bilməz. Çoxları bilmədən barəmdə istədiyini düşünür. Adımı dəyişib Samiraldo etməyimə başqa cür anlam verirlər. Guya mən cinsiyyətimi dəyişdiyim üçün adımı dəyişmişəm. Mən cinsiyyətimi deyil, sadəcə adımı dəyişmişəm. Mən sənət adamıyam. Stilist yaradıcı peşədir və bu mənim peşəkar adımdır. Yəni stilist kimi bu adla tanınmamı istədim. Özüm fərqli olduğum üçün adımın da fərqli olmasını istədim, vəssalam. Açın qulaqlarınızı eşidin, mən cinsiyyətimi dəyişməmişəm”.
Evlənməyə hazırlaşan Samiraldo toy qabağı belə söhbətlərin gündəmə gətirilməsindən narahatlığını bildirib:
“Allah qismət eləsə bu yaxınlarda toyum olmalıdır. Evləndikdən sonra uşağımız da ola bilər. İstəmirəm ki, gələcəkdə xanımım və övladım mənə görə utansın”.