Tanınmış stilist Samiraldo (Samir Əliyev) liposaksiya (qeyri-mütənasib piylənmənin vakum vasitəsilə, artıq piy toxumasının götürülməsi yolu ilə korreksiya üsulu) əməliyyatı keçirib.
Oxu.Az-a açıqlama verən stilist bildirib ki, hazırda vəziyyəti normaldır.
“Neçə illərdir ki, qarnımdakı piylər məni narahat edirdi, çünki onlar artıq bərkimişdi. Ona görə də yarım saatlıq əməliyyat bir saat yarım davam etdi. Təxminən 4 kiloqram piy götürüldü.
Qorxurdum ki, “narkoz”dan ayıla bilmərəm. Çünki bir dəfə əməliyyat zamanı “narkoz”dan iki günə ayılmışdım. İndi səhhətim normaldır, özümü yaxşı hiss edirəm”, - deyə o bildirib.
Aytən Sadıqzadə
www.oxu.az