Cənubi koreyalılar, hökumətin ABŞ-a məxsus raketdən müdafiə sistemlərini yerləşdirmə qərarına etiraz olaraq küçələrə çıxıblar.
Oxu.Az "Guardian"a istinadən xəbər verir ki, paytaxt Seuldan 300 km məsafədə yerləşən Soncu şəhərində baş vermiş ixtişaşlarda 6-sı polis olmaqla, 38 nəfər xəsarət alıb.
Cənubi Koreya hökuməti bildirib ki, müdafiə sistemləri Şimali Koreyanın hücumlarından qorunmaq məqsədi ilə quraşdırılır.
E.C.
www.oxu.az