Azərbaycanın tanınmış stilisti Samir Əliyev (Samiraldo) Ukrayna prezidenti Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putinin Minsk görüşünü şərh edib.
Oxu.Az xəbər verir ki, hər zaman fərqli siyasi düşüncələri ilə yadda qalan stilist həmin görüş barəsində fikirlərini belə dilə gətirib:
“Mən onu bilirdim ki, Putin nədənsə qorxur və geri çəkilmək istəyir, amma gecdir. 16 saat danışıq sizə zarafat gəlməsin. Putinin əsəbi olmağı onu göstərir ki, Avropa ona vaxt verdi ki, “özünə gəl, biz Poroşenkonun arxasında dayanmışıq və Ukrayna güclü dövlətdir”.
Aytən Sadıqzadə
www.oxu.az