Əməkdar artist Tünzalə Ağayevanın “TRT Muzik” telekanalında yayımlanan “Bir səsin cazibəsi” verilişinin növbəti qonağı azərbaycanlı müğənni olacaq.
Oxu.Az trtmuzik.net.tr saytına istinadla xəbər verir ki, müğənni bu dəfə verilişə pop musiqi ifaçısı Samirə Allahverdiyevanı dəvət edib.
Qeyd edək ki, hər iki məşhur həm də yaxın rəfiqədirlər.
Verilişə aprelin 19-u Türkiyə vaxtı ilə saat 23.15-də, Bakı vaxtı ilə saat 01:15-də baxa bilərsiniz.
Aytən Sadıqzadə
www.oxu.az