Sizə rusiyalı müğənni Sati Kazanovanın Bakıya klip çəkilişi üçün gəlməyi barəsində xəbər vermişdik.
Oxu.Az xəbər verir ki, ifaçı 1news.az-a Azərbaycan muğamına olan sonsuz sevgisindən bəhs edib:
“Mən Azərbaycan muğamını çox sevirəm! Arzularımdan biri Azərbaycan muğamının səslənəcəyi mahnını yaratmaqdır. Hətta belə pop-kompozisiya yazmaq istərdim. Amma bu bir qədər çətindir”.
Sati Kazanova həmçinin dünyaca məşhur bəstəkar-müğənni Emin Ağalarovla duet ifa etmək istədiyini də dilə gətirib:
“Emin Ağalarovla birgə duet ifa etmək istərdim. Əvvəllər də bu arzumu dilə gətirmişəm. Amma deyəsən duet limiti yaxın dövr üçün dolub. Onun çox gözəl səsi var. Onunla Azərbaycan dilində çox böyük məmnuniyyətlə bir mahnı ifa edərdim”.