Müğənnilər Şəbnəm Tovuzlu və Səbinə Selcan axşam saatlarında mərkəz prospektlərin birində “avtoşluq” ediblər.
Oxu.Az xəbər verir ki, ifaçıların sükan arxasında etdiyi təhlükəli ötmə əməliyyatı “Instagram”da paylaşılıb.
Həmin görüntülərdən aydın olur ki, Səbinə ilə Şəbnəm bir-birini ötmək istəyib. İşıqforun qırmızı işığına düşən hər iki ifaçı avtomobillərini saxlamaq məcburiyyətində qalıblar. Daha sonra isə ağ rəngli “Mercedes-Benz Gelandewagen” avtomobilini idarə edən Şəbnəm yolda ötmə əməliyyatı edərək, həmkarı Selcanı arxada qoyub.
Sözügedən kadrlar sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Hər iki müğənninin bu hərəkəti izləyicilər tərəfindən tənqid olunub. Kimi onları “görməmiş” adlandırıb, kimi də “yolda meymunluq edirlər” kimi şərhlərlə ifaçıları sərt şəkildə qınayıb.
Посмотреть эту публикацию в Instagram"Bakı" teqi üzrə xəbərlər
- Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş - Təfərrüat
- Bakı və Bişkek arasında işgüzar əməkdaşlıq: Səfir yeni biznes forumun vaxtını açıqladı - Foto
- Bakıda avtomobil yük maşınına çırpıldı: Sürücü öldü
- Ayrılmaq istəyən sevgilisini maşında döydü
- Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı - Foto
Digər xəbərlər