Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şəbnəm Tovuzludan aparıcılara XƏBƏRDARLIQ - VİDEO
“Zamanında getdiyim verilişlərdə üzüyumşaqlığımdan, sadəliyimdən, mehribanlığımdan çox istifadə olunub. Ailə üzvlərimin adı ilə bağlı zarafat etməsinlər. Hər kəs özü ilə məşğul olsa, daha yaxşı olar”.
Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “Xəzər axşamı” verilişində deyib. O, ailə üzvləri haqda danışan sənət yoldaşlarına və aparıcılara xəbərdarlıq edib:
“Sənət dostlarımdan, aparıcılardan da bunun kimi şeylər eşitsəm, efiri tərk edəcəyəm. Verilişi tərk etmək ola bilər ki, onlar üçün fərq edər və ya etməz. Niyə də olmasın, sevilən bir ifaçıyam. Həmin aparıcı ilə çox böyük mübahisəmiz ola bilər, çox dərinə də gedə bilərəm. Buna görə istəmirəm ki, getdiyim efirdə mənim ailəm, övladlarım haqda danışılsın. Mən əziyyətlə bu yerə çıxmışam, bəhrəsini də görürəm. Məni sevən xalqım var, buna görə də mənə toxunmayın.
Fərdanın verilişdə xətrinə dəymək istəmədim, illərin dostudur. O insanları güldürə bilən bir insandır. İstəmədim nəsə deyim, amma xoşuma gəlmədi. Bundan sonra bir efirdə heç kimdən o sözü eşitməyim. Eşitsəm çox böyük mübahisəmiz düşəcək. İnanın ki, dərinə də gedən insanam. Əvvəlki üzüyumuşaq Şəbnəm deyiləm, artıq hər kəsi yaxşı tanıyıram. Qanun və qaydamız var. Reytinqə görə niyə məni incidirsən? Olmaz, xoşum gəlmir”.
"Şəbnəm Tovuzlu" teqi üzrə xəbərlər
- Bütün yollar yataqdan keçir...
- Məşhur psixoloq: "Zövqlər müxtəlifdirsə, "zövqsüzlük" anlayışı niyə var?"
- Azərbaycanlılar ən çox nəyə qulaq asırlar: "YouTube" trendləri
- Orxan Lökbatanlıya Heydər Əliyev Sarayında konsert keçirməyə niyə icazə verilmədi?
- Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında QALMAQAL: “Heç vaxt adam olmayacaqsan”
Rəylər