Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şəbnəmdən bahalı hədiyyəyə görə onu tənqid edənlərə: “Bəsdirin, ah-nalə tökdünüz”
Müğənni Şəbnəm Tovuzluya efirdə avtomobil hədiyyə olunması tənqid edilib.
Xəzər TV-də yayımlanan verilişdə qonaq olan zaman bir xanım Şəbnəm Tovuzluya maşın hədiyyə göndərib və bunu onun atası üçün etdiyini deyib.
Avtomobilin üzərində “Ələddin baba, can sağlığı ilə sür” sözləri yazılıb.
Həmin görüntülər sosial şəbəkədə tənqid edilib. Şəbnəm ünvanına yazılan mənfi rəylərə - “Şahid oldum ki, dostluq və bir insanın bir insana sevgisi pulla ölçülmür. Yaxşı dost, rəfiqə çox azdır. Az olub ki, bəy ifaçılara dostları maşın hədiyyə ediblər? Bunu da bir xanım edib. Mən verilişlərdə nə qədər xəstə, imkansız adamlara yardım etmişəm. Bunları görmürsünüz. Amma başqa nəsə olan kimi, ah-nalə tökürsünüz. Bəsdirin”, - deyə cavab verib.
Qeyd edək ki, Ş.Tovuzlu ona maşın hədiyyə edən şəxslə bağlı da danışıb:
“Prodüserimlə birgə Azərbaycandan kənarda toyda olduq. Məni illərdir sevən və pərəstiş edən bir xanım var. O xanım mənim üçün çox dəyərlidir. Ayaqüstü söhbətimiz oldu. O zaman prodüserim dedi ki, bəlkə buradan atanız üçün avtomobil alıb Bakıya aparaq. Çünki atam üçün bu yaxınlarda maşın almaq istəyirdim. Düzdür onun avtomobili olsa da, ona daha yaxşısını almaq istəyirdim. Amma bu söhbət elə orada da qaldı, davamı olmadı. Əgər öncədən belə bir şeyin olacağını bilsəydim, qətiyyən razı olmazdım. O xanım pərəstişkarım mənə bu hədiyyəsi ilə çox böyük xəcalət verdi. Həqiqətən də gözləməzdim”.
"Şəbnəm Tovuzlu" teqi üzrə xəbərlər
- Bütün yollar yataqdan keçir...
- Məşhur psixoloq: "Zövqlər müxtəlifdirsə, "zövqsüzlük" anlayışı niyə var?"
- Azərbaycanlılar ən çox nəyə qulaq asırlar: "YouTube" trendləri
- Orxan Lökbatanlıya Heydər Əliyev Sarayında konsert keçirməyə niyə icazə verilmədi?
- Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında QALMAQAL: “Heç vaxt adam olmayacaqsan”
Rəylər