Türkiyəli müğənni Tuğba Özerk uzun müddət fasilədən sonra səhnəyə geri dönüb.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, keçdiyimiz aylarda biləyi qırılan ifaçı ötən gecə “Maslak X Large” adlı məkanda səhnəyə geri qayıtmağının xoşbəxtliyini yaşayıb.
Səhnəyə 13 kilo svarovski daşından hazırlanan geyim ilə çıxan Tuğba Özerk performansı ilə göz oxşayıb.
Müğənni çıxışından əvvəl jurnalistlər ilə söhbət edərkən şəxsi həyatı ilə əlaqədar təəccüblü açıqlamalar verib.
Uzun müddətdir həyatında birinin olmadığın söyləyən Özer "Bu zamana qədər heç vaxt terk edilməmişəm. Həmişə mən tərk etmişəm. Hesab edirəm ki, bu gedişlə evdə qalacağam. " deyərək hər kəsi güldürüb.
Aytən Sadıqzadə