Azərbaycanı bu il keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində təmsil edəcək Səmra Rəhimli öz promo turu çərçivəsində Avropadakı fanatları üçün “Miracle” mahnısının iki remiksini təqdim edib.
Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, remikslərdən biri Tomas Neverqrin, digəri isə məşhur azərbaycanlı musiqiçi DJ Kamil tərəfindən hazırlanıb.