Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sənubər İsgəndərlinin səhhətində problem yarandı - FOTO
Əməkdar artist Sənubər İsgəndərli eynəklə gəzməsinə aydınlıq gətirib.
Oxu.Az-a açıqlama verən İsgəndərli buna səbəbin gözündə yaranan problem olduğunu deyib.
“Həkimlər bilmir ki, gözümdəki problem nə ilə bağlıdır. Bir ildir müalicə alıram, ancaq düzəlmir. Düzdür, gözümdə heç bir ağrı, görmə problemi yaranmayıb, lakin göz qapağı yuxarı qalxıb və böyüməyə başlayıb. Müalicələrə davam edirəm. Bundan sonra da altı ay müalicə ediləcək. Böyük ehtimal əməliyyat olunacağam”, - deyə Əməkdar artist bildirib.
O söyləyib ki, bu problemə görə tədbirlərdən və efirdən kənar gəzir:
“Bir ildir efirlərə çıxmıram. Düşünürəm eynəklə getsəm, deyəcəklər ki, özüm qəsdən belə çıxıram. Seriallara da çəkilə bilmirəm. Amma bu il ərzində üç filmə çəkilmişəm. Onlardan biri də “Ağacdələn” filmidir. İnşallah ki, düzələrəm. Belə görüntüdə olmağım əhvalıma da təsir edir”.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər