Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Serdar Ortaç və Mehmet Ali Erbil üçün tələb olunan cəza bəlli oldu
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan "Qanunsuz mərc reklamı və təşviq" istintaqında tanınmış aparıcı Mehmet Ali Erbil və məşhur ifaçı Serdar Ortaç barəsində ittihamnamə hazırlanıb.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, ittihamnamədə hər iki şübhəli barəsində ən yüksək həddə - 3 ilə qədər həbs cəzası istənilib.
Sənəddə bildirilib ki, onların hər ikisi sosial media platformalarında qanunsuz mərc məzmunlarının reklamını edərək cinayət törədiblər.
Xatırladaq ki, ötən həftə Türkiyədə "qanunsuz mərc oyunlarına təşviq" iddiası ilə bağlı aralarında Serdar Ortaç, Mehmet Ali Erbil, keçmiş futbolçu Batuhan Karadeniz, sosial media fenomenləri İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçkar, Sefa Caner Sarıçam olmaqla ümumilikdə 23 nəfər barəsində istintaq başlanılıb. Serdar Ortaç və Mehmet Ali Erbil ev həbsinə məhkum olunublar.
"Serdar Ortaç" teqi üzrə xəbərlər
- Maltadakı konsert Serdar Ortaç kimi, Keremcan Durmaza da baha başa gəldi: Həbsinə qərar verildi
- Serdar Ortaçın da adının hallandığı qumar cinayəti ilə bağlı daha bir məşhur saxlanıldı
- Serdar Ortaç üçün tələb olunan həbs cəzası bəlli oldu
- Sərdar Ortaç: "Sol qolumu da itirdim, ölmək istəyirəm"
- Ev dustaqlığına məhkum edilən Mehmet Ali Erbil və Serdar Ortaç ilə bağlı növbəti məhkəmə qərarı
Rəylər