Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Serdar Ortaçdan üzücü xəbər: “Ayağımı amputasiya edə bilərlər”
Türkiyəli məşhur müğənni Serdar Ortaç şou-biznes aləminin ən çox danışılan adları sırasındadır. 2014-cü ildə evləndiyi irlandiyalı model Xloye Lounanla 2019-cu ildə boşanan Ortaç dağınıq skleroz xəstəliyi ilə mübarizə aparır.
53 yaşlı müğənni xəstəliyinin müalicəsi olmadığını bildirib.
“Ayaqqabılarımı təkbaşına çıxarmaqda belə çətinlik çəkirəm. Üç dəfə tutuşmuşam, dördüncü tutma olsa, bu təhlükəli vəziyyət olacaq. Ayağımı itirmək riskim var. Baxaq, inşallah, heç nə olmaz”, - deyə o, vəziyyəti barədə danışıb.
Ortaç hazırda depressiyada olduğunu vurğulayıb.
“Buna səbəb eşq acısı və ya boşanmağım deyil. Yeganə səbəb xəstəliyimdir. Atamı və qardaşımı itirdim, pandemiyadan sonra mənim üçün çox pis oldu. Mənə milyonlar versəniz, fərq etməz, paltarımı 300 dəfə geyinərəm, heç vecimə də olmaz. İnsan xəstələnəndə çox şeyin əhəmiyyəti qalmır. Təsəvvür edin, artıq velosiped də sürə bilmirəm. Bu vəziyyət məni sıxır”.
Məşhur müğənni hazırda həyatında heç kimin olmadığını vurğulayıb:
“Xüsusən də uşaq atası olmaq üçün çox gecikmişəm. Hər şeyi Allah bilir, görəcəyik. Uşaq sahibi olmaq istərdim”, - deyə o, arzusunu dilə gətirib.
Mənbə: Sabah.com.tr
"Serdar Ortaç" teqi üzrə xəbərlər
- Sərdar Ortaç: "Sol qolumu da itirdim, ölmək istəyirəm"
- Ev dustaqlığına məhkum edilən Mehmet Ali Erbil və Serdar Ortaç ilə bağlı növbəti məhkəmə qərarı
- Məşhur müğənni barəsində ev dustaqlığı qərarı ləğv edilib
- Serdar Ortaç və Mehmet Ali Erbil üçün tələb olunan cəza bəlli oldu
- Serdar Ortaç və Mehmet Ali Erbildən sonra Acun Ilıcalı da istintaqa cəlb olundu
Rəylər