Emil Quliyevin rejissorluğu ilə dram janrında çəkilmiş “Pərdə” filminin tanınmışlar üçün qapalı premyerası keçirilib.
Oxu.Az xəbər verir ki, filmin təqdimatına gələnlər arasında reperlər ABD Malik (Malik Kələntərli), Elmir Məhərrəmov, telejurnalist Günay Malikqızı, ATV-nin xəbər aparıcısı Ceyhun Əli, rejissor Aqil M.Quliyev, ATV-nin aparcısı İlkin Həsəni, media nümayəndələri və digərləri iştirak ediblər.
Qapalı nümayişə dəvət olunanlar filmi izləməkdən böyük zövq aldıqlarını, bir azərbaycanlı ailəsinin reallığı əks etdirən dramını, milli kinomuzun ölmədiyini, peşəkar rejissor işi və aktyorluq bacarığını izlədiklərini söyləyiblər.
Filmin sseanri müəllifi və rejissoru Emil Quliyev, prodüserləri Sərdar Məlikməmmədov, Emil Quliyev, quruluşçu operator Rauf Qurbanəliyevdir. Musiqisi Vugarixx OneReal, Demid Qrişko, Artyom Davidova məxsusdur.
Obrazları tanınmış aktyorlar Tural Əhməd, Vüsal Mehrəliyev, Azər Aydəmir, Zaur Şəfiyev, Könül Cəfərzadə, Zemfira Əbdülsəmədova, Nəsibə Eldarova, Ayşad Məmmədov, Beyrək Rüstəmzadə canlandırıblar.
Film 18+ yaş kateqoriyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Pərdə”nin geniş auditoriya üçün premyerası bu gün baş tutacaq.
Aytən Sadıqzadə
www.oxu.az