Xəbər verdiyimiz kimi, mayın 24-də Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə özünə təmtəraqlı toy çaldıracaq.
Oxu.Az lady.day.az-a istinadən xəbər verir ki, müğənninin gələcək həyat yoldaşı Cənubi Azərbaycandandır və Amerikada yaşayır. Cütlük İstanbulda Yeni il istirahəti zamanı dostlarının vasitəçiliyi ilə tanış olub:
“Azərbaycan dilində danışanda bir-birimizi yaxşı başa düşmürük, ona görə türk və ingilis dilində danışırıq. O, musiqini çox sevir, gitarada ifa etməyi bacarır. Onun yaxşı səsi var”.
