Euronews kanalında Azərbaycanın Nic kəndi haqqında reportaj yayımlanıb. Bu reportajı oxucuların diqqətinə çatdırırıq:
Azərbaycanın Nic kəndində Qafqaz Albaniyasının qədim sakinlərinin nəsli yaşayır. Udinlər planetin ən qədim xalqlarındandır. Onlar özündə böyük keçmişi yaşadan dillərini nəsildən-nəsilə ötürürülər.
Onların ulu babaları haqqında ilk xatırlatmaya hələ Herodotda rast gəlmək olar. Bu gün udinlərin sayı çox deyil və onlar bütün dünyaya səpələniblər. Lakin onların böyük əksəriyyəti, yəni 4 mindən çoxu burada – Nicdə yaşayır. Qəsəbə Qafqaz Albaniyasının qədim paytaxtı Qəbələ şəhərindən 40 kilometrlik məsafədə yerləşir və udinlər öz xalqlarının qədimdən burada yaşadıqlarına inanırlar.
“Çeşmə” Udin mədəniyyət mərkəzinin rəhbəri Oleq Danakiri:
“Alban dövlətinin tərkibində 26 tayfa yaşayıb, başda isə udinlər olub, udinlərin öz dili, iz dini, öz “İncil”i, öz yazısı olub”.
Udinlər xristiandırlar. Sovet dövründə bütün məbədlərin süquta uğramasına baxmayaraq udinlər öz əcdadlarının dinini qoruyub saxlamağa nail oldular. Onun gələcək rahibi xarici seminariyaların birində təhsil alır.
Robert Mobili, Alban-Udin Xristian icmasının sədri:
“Udinlər Qafqaz-İberiya dilində danışan və xristianlığın şərq cərəyanına etiqad edən özünəməxsus xalqdır. Biz Azərbaycanda Albaniya kilsəsinin statusunu bərpa etmək istəyirik”.
Süjetdə deyilir ki, xristianlığın simvollarına, hətta kilsəyə getməyə adət etməmiş Nic sakinlərinin məişətində də rast gəlmək mümkündür.
Hətta bu qədim nümunə üzrə hazırlanmış səhnə kostyumlarında belə şifrələnmiş işarələr var. Musiqiçi Karlen Şirvari musiqiçilərin kostyumlarında tikmələrin mənasından danışıb:
“Bu, Qafqaz xaçıdır, kürəyində isə səkkiz şüası olan günəşdir. Bu insanın zəvvarlıq etdiyinə və müqəddəs torpaqlarda xaç suyuna girdiynə işarədir. Onları müqdəsi adlandırırdılar. “Muq” Udin dilində səkkiz deməkdir”.
Xeyir-dua ən məşhur Udin yeməklərindən birinin – afarın hazırlanması ilə başlayır. Bu yeməyin əsas tərkib hissəsi gicitkəndir. C vitamini ilə zəngin olan bu yandıran bitki keçmişdə yoxsulları qışdan sonra avitaminozdan xilas edib. Tezliklə Nicin ənənəvi reseptlərinin toplusu dərc olunacaq. Lakin evdar qadınların əksəriyyəti əmindir ki, kitabdan afar hazırlamağı öyrənmək mümkün deyil.
Rita Danakari:
“Mənə anam öyrədib, ona isə nənəm. İndi isə mən qızıma afarın hazırlanmasını öyrədirəm. Bu yemək udinlərin yarandığı gündən mövcuddur, afar bizim süfrəmizdə daim olacaq”.
Udinlər Azərbaycan dilini gözəl bilirlər, amma öz nadir dillərində danışırlar. Nic məktəblərində qədim əlifba müasir uşaqlara daha tanış olan latın əlifbası ilə əvəz edilib. Azərbaycan və ingilis dilinə tərcümə edən Elektron lüğət üzərində iş gedir. Doğma dil gənc şair Qriqori Çmeşarinin əsas ilham pərisidir. O, hələ uşaq ikən şeir yazmağa başlayıb, biz onunla tanış olanda Qriqori anasının ad gününə sürpriz şeir hazırlayırdı.
Qriqori Meşari:
“Mənim dilim mənim musiqimdir, o, çox gözəl səslənir. O, mənə dünyamızın gözəlliyini sözlərlə ifadə etmək imkanı verir”.
Nicdə bizim bəxtimiz gətirdi, Euronews-un çəkiliş qrupunu toya dəvət etdilər. Belə tədbirlərdə qədim ayinlərə riayət edirlər. Gəlinin başı üstündə yeni evin xanımları çörək bölür, bəyin isə üzünü qırxırlar. Bunun üçün xüsusi dəvət edilmiş bərbərə hədiyyələr verilir.
Aleksandr Kankalov:
“Öncə körpə doğulur, sonra o uşağa, daha sonra isə gəncə çevrilir. Kişi olmaq üçün isə o evlənməlidir, onu cəmiyyət içinə isə üzünü qırxdıqdan sonra çıxarırlar”.
Udin toyunda daha bir ayin yerinə yetirilir. Bu ayinin kökləri kişilərin öz ailəsini ov ovlayaraq saxladıqları dövrə gedir. Nic gəncləri yüksəkdə asılmış hədəfə atəş açırlar – bu hədəf soğan idi. Onu vura bilən adam silahını bəyə ötürmək şərəfinə nail olur.