Bu ayın ən çox müzakirə edilən cütlüklərindən biri Bredli Kuper və İrina Şeyk hamıya ayrılmaq fikrində olmadıqlarını sübut etdilər. Sevgililərin münasibətləri o qədər möhkəmdir ki, onlar hətta dəbli jurnal üçün bərabər çəkiləcəklər.
Oxu.Az-ın Daily Mail-ə istinadla məlumatına görə, 41 yaşlı Kuper və 30 yaşlı Şeyk çəkilişlərin detallarını müzakirə etmək üçün Amerikanın “Vogue” jurnalının baş redaktoru Anna Vintur ilə görüşüblər. Fotosessiyanın dərc ediləcəyi vaxt hələlik bildirilmir.
Xatırladaq ki, fevral ayının əvvəlindən mətbuat və internet istifadəçiləri Kuper ilə Şeykin ayrılmasını müzakirə edirlər. Ayrılığın səbəbi kimi müxtəlif mülahizələr irəli sürülürdü, amma nəticədə heç biri doğru olmadı.
Ayrılıq xəbərindən sonra cütlüyü dəfələrlə bir yerdə görüblər. Bu isə ulduzların xoşbəxt və hələ də bir-birinə aşiq olduqlarını göstərir.