Bakı şəhərində silah-sursat aşkar edilib.
Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Faiq Soltanovdan “Biow” markalı qaz tapançası və 11 ədəd patron götürülüb.
Faiq Soltanovun əvvəllər məhkum olunduğu bildirilib.