Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sezen Aksu oxuduğu mahnıya görə məhkəməyə verildi
Türkiyənin tanınmış ifaçısı Sezen Aksunun 2017-ci ildə işıq üzü görən “Şahane Bir Şey Yaşamak” mahnısı ölkədə qalmaqal yaradıb.
Mahnıda yer alan “Binmişiz bir alamete, gidiyoruz kıyamete. Selam söyleyin o cahil Havva ile Ademe” sözləri etirazlara səbəb olub.
Belə ki, Ankarada bir qrup vəkil və vətəndaş Sezen Aksuya qarşı məhkəmə iddiası qaldırıb.
Onlar sənətçinin bu ifadələrinin Adəm və Həvvanı gözdən salmaq məqsədi daşıdığını və bunun İslam dininə inanan vətəndaşlarda haqlı qəzəb doğurduğunu bildiriblər.
Hadisə ilə bağlı Türkiyənin bir çox məşhur siması Sezen Aksuya dəstək verib.
Mənbə: “Haber Global”
Rəylər