Türkiyəli müğənni Sibel Can Azərbaycana gələcək.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, müğənni mayın 30-da və 31-də Şamaxıda otellərdən birinin açılış mərasimində iştirak edəcək. Sibel Canla birlikdə səhnəyə müğənni Röya Ayxan və türkiyəli ifaçı Dilek Şimşək də çıxacaq.
Qeyd edək ki, Sibel Can bir neçə dəfə Azərbaycana gəlib. Sənətçi ilk dəfədir ki, Şamaxıda olacaq.