Məşhur türk sənətçisi Sibel Canın Mayamidəki evi ilk dəfə ortaya çıxıb.
Oxu.Az xəbər verir ki, tez-tez ölkə xaricinə istirahətə yollanan müğənninin Mayamidəki evində şəkli yayılıb.
Övladları Engincan və Melisa ilə qısamüddətli tətilə gedən ifaçı Mayamidə Aventura bölgəsindəki evində qızının obyektivinə poz verib.
Okean mənzərəli malikanəsinə təxminən 1 milyon lirə ödədiyi deyilən Sibel Can evinin dekorasiyasında ağ rəngə üstünlük verib. Qonaq otağındakı nəhəng kristal çilçıraq isə gözdən qaçmayıb.

Aytən Sadıqzadə
www.oxu.az