Dünya şöhrətli reper Snoop Dogg Bakıda konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az xəbər verir ki, “Dreamexe Production Baku” şirkəti rəsmi Facebook səhifəsində bu haqda məlumat verib:
“Dicey Tiestonun ləğv olunan konsertinin əvəzinə Snoop Doggun paytaxtda konserti olacaq. Təxirə düşən konsertə bilet alan hər bir şəxsin pulu qaytarılacaq. Biletlərin geri qaytarılması tarixi fevralın 3-dən martın 2-nə kimidir. Bununla belə, siz biletləri özünüzdə saxlaya bilərsiniz. Şirkətimiz reper Snoop Doggun konsertini təşkil edəcək. Həmin biletlər bu konsertdə keçərli olacaq”.
Xatırladırıq ki, Tiestonun Bakı konsertinin keçirilməməsinə səbəb diceyin ödənişini vaxtında ala bilməməsi olub. Bankda yaranan texniki problemlərə görə, pul vaxtında Tiestonun hesabına oturmayıb və o, Bakı səfərindən imtina edib.

Aytən Sadıqzadə
www.oxu.az