Azərbaycanın xalq aristi Aygün Kazımova məşhur amerikalı reper Snup Doqqla birlikdə həyata keçirdiyi layihəsində çətinliklərin yaranması ilə bağlı bəyanat yayıb.
Vesti.Az xəbər verir ki, məlumatda müğənninin reperlə birlikdə iyunun 6-da İstanbuldakı konserti və hətta Avropa turnesi sual altında qalıb.
Buna müğənninin müqavilə şərtlərini pozması səbəb olub. Belə ki, Aygün Kazımova reperlə birgə çəkdirdiyi şəkli Azərbaycan mətbuatında dərc etdirib, mahnının adını, həmçinin iyunun 6-da keçiriləcək ilk konsertin tarixini açıqlayıb və ümumiyyətlə, Snup Doqqun qarşıdakı Avropa turnesi barədə məlumat yayıb.
Sadalanmış səbəblərlə əlaqədar hazırda onların menecerləri arasında danışıqlar – müzakirələr gedir.
A.Kazımova qeyd edib ki, mahnının klipi, həm də remiks versiyaları hazırdır, albomun hazırlanması başa çatır.
www.vesti.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin