Heydər Əliyev Sarayında Stas Mixaylovun “JOKER” adlı solo konserti keçiriləcək.
Oxu.Az milli.az-a istinadən xəbər verir ki, “Свеча” (1997), “Посвящении” (2002), “Позывные на любовь” (2004), “К тебе иду” (2005), “Берега мечты” (2006), “Небеса” (2007), “Жизнь – река” (2008), “Живой” (2010), “Только ты” (2011), “Джокер” (2013) kimi albomları müğənniyə böyük populyarlıq gətirib, onun nəinki Rusiyada, həmçinin ölkənin hüdudlarından kənarda tanınmasına və sevilməsinə səbəb olub.
Rusiyada, eləcə də dünyanın müxtəlif ölkələrinin konsert zallarında ən çox tamaşaçı toplayan müğənnilərdən olan Stas Mixaylov may ayının 2-də və 4-də “Joker” adlı yeni solo-konsert proqramı ilə Azərbaycan tamaşaçılarının görüşünə gələcək. Konsert proqramında Stas Mixaylovun məşhur xitləri ilə yanaşı, yeni mahnıları da yer alacaq. Biletlər 30 AZN-dən başlayan qiymətlərlə şəhərin kassalarında satılır.