Oktyabrın 1-də Heydər Əliyev Sarayında Rusiyanın əməkdar artisti Stas Mixaylovun “Mən səninlə olacam” adlı konserti baş tutacaq.
Oxu.Az xəbər verir ki, ilk dəfə Bakıya ötən ilin mayında gələn müğənni səfərinin ilk günündə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin və onun həyat yoldaşı alim-oftolmoloq Zərifə Əliyevanın qəbrini ziyarət etmiş, onların qəbri üzərinə çiçəklər qoymuşdu.
Bundan başqa o, Rəşid Behbudovun və Müslüm Maqomayevin qəbrini də ziyarət etmişdi.
Səfərinin səhərisi gün S. Mixaylov İçəri Şəhər ilə tanış olmuşdu.
Konsertin təşkilatçısının Oxu.Az-a verdiyi məlumata görə, ötən dəfəki gəlişində şəhərimizə vurğun olan Stas Mixaylov bu dəfə də Bakını gəzmək üçün Azərbaycanın paytaxtına konsertdən bir gün əvvəl gələcək.
Biletləri şəhərin bütün kassalarında və “ASAN” xidmətlərdə əldə edə bilərsiniz.
Daha ətraflı məlumat almaq üçün əlaqə nömrəsi: (+99450) 555-17-70.
Konsertin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
www.oxu.az