Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tahir İmanov - 39
Tahir İmanov 13 dekabr 1974-cü ildə Bakı şəhərində anadan olub.
Oxu.Az xəbər verir ki, o, 1981-1991-ci illərdə Bakı şəhəri 189 saylı məktəbdə təhsil alıb. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. İxtisasca iqtisadçıdır. 1991-ci ildən “Bakılı oğlanlar” ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK-nin çempionu, 1995-ci ildə ŞHK “Yay Kubokunun” sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olmuşdur.
2001-ci ildə “Planet Parni iz Baku” KVN Teatrını yaradıb. Hazırda həmin teatrın bədii rəhbəri və rejissorudur.
“Bir anın həqiqəti” (2003), “Durnalar qayıtdı” ( 2003), “Məhəllə” ( 2003), “Məhəllə 2 Moskvada” ( 2004), “Tam məxfi” (2004), “Məşədi İbad-94” (2005), “Nümunəvi şagird” (2006), “Vərdiş” (2006), “Qorxma, mən səninləyəm!” ( 2013), “Ögey Ata” ( 2013) filmlərdə maraqlı obrazlar ifa etmişdir.
Ailə həyatı qurmayıb, subaydır.
Aytən Sadıqzadə
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDI
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?