Rol aldığı “Orange is the New Black” adlı serialla tanınan Madeline Brewer Los Ancelesdəki məşhur “Chateau Marmont” otelində qatıldığı tədbirdən çıxarkən obyektivlərə tuş gəlib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, iddialı sinə dekolteli mini paltar geyinən Brewer alkoqollu görünürdü.
Ayaqüstə dayanmaqda çətinlik çəkən Madeline Brewer bir anda tarazlığını itirərək yerə düşüb və dostlarının köməyilə qaldırılıb.
Bir tərəfdən də dayanmadan gülən aktrisa çətinliklə avtomobilə mindirilərək evinə yola salınıb.
Aytən Sadıqzadə