Bakıda çörəyin içindən şayba çıxıb.
Oxu.Az xəbər verir ki,“Vaqa Baker” MMC-nin (“Baker” çörək zavodu) istehsal etdiyi çörəyin içindən şayba çıxıb.
Məlumata görə, Bakıda dükandan alınan çörəyin içindən şayba çıxdığı aydın görünür. Vəziyyəti belə görən vətəndaşlar şikayət edəcəyini bildirib.
Məsələ ilə bağlı “Vaqa Baker” MMC-dən Oxu.Az-a bildiriblər ki, dəmir şayba onların istehsal etdiyi çörəkdən çıxmayıb.
MMC-dən verilən məlumata görə, onlar xanımın iddası ilə razı deyil:
“Qabda qoyulan çörək və “Vaqa Baker” MMC-nin (“Baker” çörək zavodu) istehsal etdiyi çörək fərqlidir. Qabda qoyulan çörək bizə məxsus deyil. Xanım buyursun bizə müraciət etsin”.
Həmin şəkilləri oxuculara təqdim edirik:
Qeyd edək ki, son zamanlar Bakıda satılan çörəyin içindən skotç, taxta yapışqan da çıxıb. Gigiyena və Epidemiologiya Mərkəzindən deyilib ki, çörək bişirilməmişdən əvvəl un ələnməlidir. Amma indiki zamanda demək olar ki, əksər çörək sexləri unu ələməmişdən xəmir yoğurmağa üstünlük verirlər ki, nəticə də göz qabağındadır. Hətta təcrübə göstərir ki, unu ələmədən birbaşa kisə ilə xəmir yoğuran maşına tökürlər. Un ələmək üçün zavodlarda xüsusi iri ələklər var ki, bu ələklər daima işlək vəziyyətdə olmalıdır. Belə ələklərdə un əvvəlcə ələnməlidir, daha sonra çörək bişirilməlidir.
E.Ə.
www.oxu.az