Bəstəkar Sevinc Tofiqqızı “Azeri production”ın çəkdiyi “Yetim” filmində rol alıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, film yaxın günlərdə kinofestivala gedəcək. Film haqqında fikirlərini bizimlə bölüşən S.Tofiqqızı adıgedən filmin festivala göndəriləcəyini deyib:
“Bu barədə çox açıqlama vermirəm, sürpriz olsun. Film analara həsr olunub. Balaca bir qızın anasını itirməsindən bəhs edir. Cəbhə bölgəsində, Tərtər rayonunda çəkilib. İnanıram ki, “Yetim” filmi çox maraqlı və uğurlu alınacaq”.
Sevinc Tofiqqızı rejissor Rəşad Qarayevdən film üçün həm kompozisiya yazmaq, həm də ana roluna çəkilmək təklifi alıb və hər ikisini qəbul edib. “Yetim” filminin rejissoru Rəşad Qarayev, montajçısı Firdovsi Nəbiyev, ssenari müəllifi Nahid Abbaszadə, quruluşçu operatoru Emin Hüseynovdur.
Qeyd edək ki, digər rollarda aktyor Mehman Məmmədov, əməkdar artist Leyli Vəliyeva, Nərmin İmanquliyeva çəkilib.