Müğənni Çingiz Mustafayev ölkəni tərk etməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, ifaçı bu haqda “Onlar”a danışıb:
“Çox çalışdım, amma alınmadı. Başqa ölkədə bəxtimi sınayacam. Bu ölkədəki musiqi ilə əlaqəli olan nə varsa məni qane etmir. Bu sahədə olmaq istəyirsənsə, daim yalandan gülməlisən.
Oxuduğun mahnıları belə ürəkdən oxuya bilmirsən, ancaq beyninlə işləməlisən. Sevilmək, toylara getmək istəyirsənsə, tamaşaçının zövqünə görə mahnı oxumalısan. İlk dəfədir etiraf edirəm ki, nə radioya qulaq asıram, nə də televiziyaya baxıram. Bizim şou-biznes mənim ürəyimi bulandırır”.