CAR futbol üzrə yığmasının qapıçısı və kapitanı Senzo Meyive bazar günü axşam Veslurusda ölkənin paytaxtı olan Yoxannesburqdan 20 km aralıda güllələnib, bunu polis nümayəndəsinə istinadən Frans Press agentliyi bildirib. Meyive xəstəxanaya çatdırılıb, burada həkimlər onun ölümünü rəsmən təsdiqləyiblər.
CAR polisi qapıçının qatilinin tapılmasında yardım üçün pul mükafatı elan edib. Bu barədə Cənubi Afrika polisinin rəsmi “Tvitter” səhifəsində bildirilib. “Bütün cənubi afrikalıları əmin etmək istərdik ki, Meyivenin qatilini tapmaq üçün səyimizi əsirgəməyəcəyik. Bununla əlaqədar qatilləri həbs etməyə yardım edəcək informasiya üçün 150 min rand (13 min dollar) pul mükafatı elan edirik”, - məlumatda deyilir.
Sentyabrda 27 yaşı tamam olan Meyive, “Orlando Payrets” Cənubi Afrika klubunda çıxış edirdi və Afrika Millətləri Kuboku turnirində seçmə oyunların dörd matçında CAR yığmasının kapitanı olub, Oxu.Az TASS-a istinadən xəbər verir.